Türkiyə prezidenti: "Suriya və İraqda antiterror əməliyyatlarını davam edəcəyik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin qonşu Suriya və İraqda terrorla mübarizə əməliyyatlarını davam etdirmək niyyətində olduğunu açıqlayıb.

Azadinform-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada keçirilən VI qurultayında deyib.

"Biz Suriya və İraqda ölkəmizə qarşı olan təhlükələri aradan qaldırmaq niyyətindəyik. Bundan öncə Cerablus, Əl-Bab və Afrində etdiklərimizi biz, sərhədlərimiz boyunca Suruçdan Cizrəyədək də edəcəyik", - deyə R.T.Ərdoğan bildirib.

18.08.2018 22:16 / Baxılıb: 84 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo