"Qarabağ" Premyer Liqada yeni mövsümə qələbə ilə başlayıb

Azərbaycan Premyer Liqasının sonuncu qalibi "Qarabağ" milli çempionatda yeni mövsümə qələbə ilə başlayıb.

Azadinform xəbər verir ki, Ağdam klubu II turun açılış oyununda "Səbail"i məğlub edib - 2:0. Səfərdə baş tutan oyunda komandaya qələbə qazadıran qollara 27 və 86-cı dəqiqələrdə Mahir Mədətov imza atıb.

Qeyd edək, "Qarabağ" avqustun 10-da I tur çərçivəsində "Zirə"ni qəbul etməli idi. Lakin həmin görüş Ağdam komandasının Çempionlar Liqasında Belarus BATE-si ilə oyunlarına görə sentyabrın 26-a təxirə salınıb. Bununla belə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "köhlən atlar" Avropa Liqasının pley-offunda Moldovanın "Şerif" kollektivi ilə qarşılaşacaq.

18.08.2018 21:32 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo