Sabirabadda maşın piyadanı vurub

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Azadakənd kəndinin sakini Xankişiyev İsrafilin idarə etdiyi "VAZ 2106" markalı avtomobil yolu keçən kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Vüqar Ataxan oğlunu vurub. 

Vüqar Ağayev dərhal kəllə-beyin travması ilə Şirvan şəhər Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (report)

18.08.2018 21:05 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo