"Qarabağ" Avropa Liqasının pley-off mərhələsi üçün 22 futbolçu sifariş edib

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Moldova təmsilçisi “Şerif”lə oyunlar üçün 22 futbolçu sifariş edib.

Ağdam klubunun mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, baş məşqçi Qurban Qurbanov siyahıya 3 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu daxil edib.

Qapıçılar: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner da Silva

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel Madera, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 91. Coşqun Diniyev, 77. Donald Gerye

Hücumçular: 11. Mahir Mədətov, 7. İnnosent Emeqara, 28. Con Delarj

Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş avqustun 23-də Tiraspoldakı “Şerif” İdman Kompleksinin stadionunda olacaq. Cavab qarşılaşması isə ayın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Hər iki oyun saat 21:00-da start götürəcək

18.08.2018 18:37 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo