"Neftçi"nin sabiq prezidenti UEFA-dan təyinat alıb

"Neftçi" futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə Avropa Liqasının oyununa təyinat alıb.

Azadinform-un məlumatına görə, O.Hüseynzadə avqustun 23-də Ukraynada “Zarya” və Almaniyanın “Leyptsiq” komandaları arasında keçiriləcək pley-off mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, Orxan Hüseynzadə "Neftçi"nin prezidenti vəzifəsindən fevralın 16-da istefa verib. Hazırda kluba Kamran Quliyev rəhbərlik edir.

18.08.2018 15:54 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo