Ronaldunun Yuventusda debüt edəcəyi tarix açıqlanıb

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun İtaliyanın “Yuventus” komandasında rəsmi matçda debüt edəcəyi tarix açıqlanıb.

Azadinform xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Massimilano Allegri 33 yaşlı hücumçunun bu gün A seriyasının I turu çərçivəsində “Kyevo” ilə səfər oyununda meydana çıxacağını söyləyib.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Ronaldu yay fasiləsində İspaniyanın “Real Madrid” klubundan “Yuventus”a keçib.

18.08.2018 14:28 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo