93 cinayət faktından 21-i isti izlərlə açılıb

Samir Soltanov/AZADİNFORM. Avqustun 17-də Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 93 cinayət faktı qeydə alınıb, onların 21-i “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölmüş, 13 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

18.08.2018 14:00 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo