Əli Əhmədov Ədalət və İnkişaf Partiyasının VI Qurultayına qatılıb

Samir Soltanov/AZADİNFORM. Bu gün Türkiyənin paytaxtı Ankarada Ədalət və İnkişaf Partiyasının VI Qurultayı keçirilir. 

Azadinform xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qurultayın işində iştirak edir. 

Nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov və Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov daxildir.

18.08.2018 13:40 / Baxılıb: 132 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo