2018-ci ilin ən yaxşı smartfonu

Samir Soltanov/AZADİNFORM. Avropa Peşəkar Görüntüləmə və Audio Assosiasiyası (EISA) “Huawei P20 Pro” modelini 2018-ci ilin ən yaxşı smartfonu seçib. 

Azadinform xəbər verir ki, ekspertlər sözügedən smartfonu bazarda təqdim edilmiş bütün modellər arasında "ən qabaqcıl, innovativ və texniki cəhətdən mükəmməl" adlandırıb. “Leica” şirkətinin istehsalı olan intellektual tənzimləmə sisteminə malik üç qat kamera xüsusi diqqət çəkir. 

Təşkilatın nümayəndələri, həmçinin ən yaxşı ucuz telefonun adını da açıqlayıb. Bu, “NOA Element N10” modeli olub. 

EISA 19 ölkədən audio və videotexnika sahəsində 50-yə yaxın ixtisaslaşmış nəşri özündə birləşdirir. "EISA Awards" mükafatı hər il müstəqil ekspertlərin qərarı əsasında təqdim edilir.

18.08.2018 12:11 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo