İtaliyada körpü uçqununda ölənlərin sayı 41-ə çatıb

Samir Soltanov/AZADİNFORM. İtaliyanın Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb, 2 nəfərin taleyindən isə hələ də xəbər yoxdur. 

Azadinform xəbər verir ki, bunu faciənin baş verdiyi ərazidə axtarış işlərini davam etdirən xilasedicilər bildirib. Son məlumata görə, dağıntılar altından içərisində 3 nəfərdən ibarət ailənin – ata, ana və onların 9 yaşlı oğlunun cəsədlərinin olduğu avtomobil çıxarılıb. Yerli hakimiyyət orqanlarından bildiriblər ki, xəstəxanalarda 10 yaralı müalicə alır, onların 9-nun vəziyyəti ağırdır. 

Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında üzərindən A10 avtomagistralının keçdiyi körpü uçub. İtaliya KİV-lərinin məlumatına əsasən, faciə zamanı körpünün dağılan hissəsində 30-dan çox nəqliyyat vasitəsi olub. Bu gün Genuyada faciə qurbanlarının dəfn mərasimi keçiriləcək. Hadisə ilə bağlı ölkədə ümummilli matəm elan edilib.

18.08.2018 11:54 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo