Ən ağır onkoloji xəstəliklərə qalib gəlməyin üsulu

Samir Soltanov/AZADİNFORM. Britaniyalı mütəxəssislər qlioblastoma hüceyrələrini və digər beyin şişlərini özünü məhv etməyə yönəldə bilən “KHS101” molekulunu aşkar ediblər. 

Azadinform xəbər verir ki, eksperimentlərin hələ ki, siçanlar üzərində aparıldığı bildirilir. Artıq məlumdur ki, “KHS101” hüceyrələrin çoxalmasına imkan vermir və onları öldürür. 

Tədqiqatların nəticələrinə görə, “KHS101” neyronların sələflərini yaşlı beyin hüceyrələrinə çevirir. Bu proses gövdə hüceyrələrinin çoxalmasını idarə edən və onların fəaliyyətinin qarşısını alan “TACC3” zülalı ilə sintez sayəsində baş verir. Bəlli olub ki, “KHS101” xərçəng hüceyrələri üçün təhlükəlidir və sağlam beyin hüceyrələrinə heç bir zərər vermir. 

Alimlər eksperiment çərçivəsində siçanların beyninə qlioblastomanın xüsusi aqressiv formalarını, astrotsitom və digər bədxassəli şişləri yeridiblər. Sonra heyvanların yarısına “KHS101” iynəsi, qalanlarına isə platsebo vurublar. Molekulun təsiri ilə xərçəng hüceyrələri çoxala bilməyib və “TACC3” ilə birbaşa əlaqəsi olmayan genlərlə qarşılıqlı fəaliyyət nəticəsində onların özünü məhvetmə prosesi başlayıb.

18.08.2018 10:53 / Baxılıb: 183 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo