FIFA 4 klubu cəzalandırıb

FIFA İntizam Komitəsi 4 klubu futbolçuların maaşlarını ödəmədiyinə görə cəzalandırıb.

Azadinform qurum saytına istinadən xəbər verir ki, Qətərin "Qətər" və Birləşmiş Ərəb Əmirliklərinin "Şabab Əl-Əhli" klublarına 26,5 min avro, Qətərin digər təmsilçisi "Əl-Şamal" 13,2 min, İranın "Saba Kom" klubu isə 8,8 min avro məbləğində cərimələnib.

Bütün klublar 90 günədək oyunçulara olan borcları ödəməlidirlər. Klublar bu öhdəliyi yerinə yetirməsələr daxili çempionatda 6 xalları silinəcək və onlara 4 transfer pəncərəsində cəza tətbiq olunacaq.

17.08.2018 19:07 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo