Hərbi Hava Qüvvələri helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib Fotolar + Video

Samir Soltanov/AZADİNFORM. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri (HHQ) helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, aviasiya vasitələrinin ümumqoşun hissələrinə havadan atəş dəstəyinin həyata keçirilməsi üzrə tapşırıqlar icra edilib. 

Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər. 

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. 

Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

17.08.2018 18:48 / Baxılıb: 83 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.09.2018
19.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo