İstirahət gününə olan hava

Samir Soltanov/AZADİNFORM. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraiti qeyri-sabit olacaq, bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 16-21 dərəcə isti təşkil edəcək. 

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Avqustun 19-u axşam yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək. 

Aran rayonlarında avqustun 18-i gündüz yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam və avqustun 19-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək. 

Naxçıvan MR-da hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək. 

Paytaxtda isə avqustun 18-19-da hava şəraitinin küləkli olacağı gözlənilir. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

17.08.2018 18:02 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo