Ancelina Coli və Bred Pit yenidən qarşı-qarşıya

Nərgiz Məmməd/AZADİNFORM. Təxminən iki ildir boşanmağa qərar verən məşhur cütlük Ancelina Coli və Bred Pit arasında hələ də çəkişmə davam edir. Onlar arasında boşanma davası davam etməkdədir.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün bu dəfə qarşı-qarşıya gəlmələri uşaqlarla bağlıdır.

Bildirilir ki, Coli uşaqların Bred Pitlə görüşmələrinə mane olmağa çalışır və bununla bağlı uşaqlara təzyiq göstərir. Buna görə də oğlan övladlar B. Pitlə görüşməkdən imtina edirlər.

Qeyd edək ki, bundan öncə Coli Pitin uşaqlara aliment verməkdən imtina etdiyini demişdi. Pit bu iddianı yalanlayaraq indiyə qədər uşaqlar üçün 1 milyon 300 min dollar ödəmə etdiyini, Coliyə isə ev alması üçün 8 milyon dollar borc verdiyini bildirmişdi.

17.08.2018 16:50 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo