Bərdə sakinindən silah-sursat götürülüb

Samir Soltanov/AZADİNFORM. Bərdə rayon sakinindən silah-sursat götürülüb. 

DİN-dən Azadinform-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Böyük Bəhmənli kənd sakini Mücəllət Ələkbərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb, sərnişin Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Sənan Zülfüqarovdan 1 ədəd tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

17.08.2018 16:40 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo