Əhalinin banklardakı əmanətləri 8 milyard manatı keçib

Samir Soltanov/AZADİNFORM. 2018-ci il iyul ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 109,3 milyon manat təşkil edib. 

Azadinform xəbər verir ki, əmanətlərin 62,4 faizi xarici, 37,6 faizi isə milli valyutada qoyulub. 

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 0,2 faiz azalıb. 

2018-ci il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 105,6 milyon manat təşkil edib, onun 9 milyard 739,8 milyon manatı uzunmüddətli kreditlər olub.

17.08.2018 16:18 / Baxılıb: 118 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo