Gənc Vətənpərvərlər Birliyi sədrini seçib

Gənc Vətənpərvərlər İctimai  Birliyinin növbəti - IV Qurultayı keçirilib. 

Azadinform xəbər verir ki, qurultayda Birliyin İdarə Heyəti, səlahiyyətli nümayəndələri, fəal üzvləri, müxtəlif QHT nümayəndələri və KİV-lər iştirak edib. Gündəlikdə duran əsas məsələlər Birliyin sədrinin və İdarə Heyətinin tərkibinin seçilməsi və Gənc Vətənpərvərlər İctimai Birliyinin Nizamnaməsinin qəbul edilməsi olub. İlk öncə GVİB sədri Müqamət Əliyevin son 5 ildə görülən işlər haqqında hesabatı dinlənilib. Qeyd olunub ki, GVİB Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, yeniyetmə və gənclər arasında milli və hərbi vətənpərvərlik hisslərinin aşılanması sahələrində böyük işlər görüb. 

Daha sonra çıxış edən Birliyin yerli şöbələrinin müdirləri də son dövrlərdə GVB-in həyata keçirdiyi uğurlu tədbirlər haqqında məlumat verib. 

Çıxışlardan sonra səsvermə keçirilib və nəticələrə görə Gənc Vətənpərvərlər İctimai  Birliyinin Sədri yenidən Müqamət Süleyman oğlu  Əliyev seçilib.  

Birliyin İdarə Heyətinin tərkibi təsdiq edilib, Birliyin Mərkəzi Təftiş Komissiyasının üzvləri seçilib. Qurultayın sonunda qətnamə qəbul edilib.  

Qurultayın sonunda yeni seçilmiş İdarə Heyətinin üzvlərinin yığıncağı keçirilib. İcra olunan layihələr barədə müzakirələr, eyni zamanda birliyin layihə çərçivəsində apardığı təhqiqat və sosioloji sorğuların nəticələrinə əsaslanaraq Azərbaycanda, xüsusilə də Bakı şəhərində, digər böyük şəhərlərdə "Məktəblilər mərkəzi”nin yaradılması və əhəmiyyətindən, eyni zamanda Azərbaycanda yaşlı insanlara və xəstə şəxslərə (əmək və fiziki qabiliyyəti olmayanlara və yada məhdud olanlara) "məişət xidmətləri mərkəzləri"nin yaradılması və əhəmiyyətindən söhbət açılıb və bu barədə Gənclər və İdman Nazirliyinə, Gənclər Fonduna , Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və əlaqədar təşkilatlara rəsmi təklif paketinin göndərilməsi barədə qərar qəbul olunub.

17.08.2018 15:48 / Baxılıb: 292 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo