SOCAR Methanol katalizator alır

Adəm Abbaslı/AZADİNFORM. “SOCAR Methanol” MMC katalizator alır.

Azadinform xəbər verir ki, bu barədə MMC məlumat yayıb. Bildirilir ki, “SOCAR Methanol” MMC katalizatorlara olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edib. Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) sənədi ən gec avqustun 27-dək qəbul olunur. Zərflərin açılışı avqustun 28-də saat 11:00-da Qaradağ rayonunda yerləşən metanol zavodunda baş tutacaq.

Müsabiqənin yekun nəticəsi haqqında məlumat zavodun internet səhifəsində yayımlanacaq.

17.08.2018 15:19 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo