Polis gücləndirilmiş iş rejiminə keçir

Samir Soltanov/AZADİNFORM. Respublikanın daxili işlər orqanları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədilə əmr imzalayıb. Əmrə əsasən, avqustun 22-dən 24-dək ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri, habelə xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi gücləndiriləcək.

17.08.2018 14:53 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo