Diplomatik fəaliyyəti başa çatan səfir nazirin qəbulunda olub

Adəm Abbaslı/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən Azadinform-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı siyasi dialoq və əməkdaşlıqdan məmnunluq ifadə olundu, enerji və iqtisadi sahədə əlaqələrin inkişafında əldə olunan irəliləyişlər xüsusilə qeyd olunub.

Nazir Elmar Məmmədyarov səfirin ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Səfir Dato Roslan Tan Sri Abdul Rəhman diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Dato Roslan Tan Sri Abdul Rəhmana gələcək fəaliyyətində uğurlar arzu edib.

17.08.2018 14:33 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo