Meşəni yandıranlara atəş açılacaq

İndoneziyanın Sumatra adasında hərbçilərə meşələri yandıran şəxslərə xəbərdarlıqsız atəş açmağa icazə verilib.

Məlumata görə, bu qərara səbəb bölgədə meşə yanğınlarının sürətlə yayılmasıdır.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bölgədəki meşə yanğınlarının 99 faizi qəsdən törədilib.

Bir müddət əvvəl İndoneziya Prezidenti Coko Vidodo meşə yanğınlarının avqustun 18-dən sentyabrın 2-dək ölkədə keçiriləcək Asiya oyunlarının gedişatına təsir etməməsi üçün qabaqlayıcı işlərin görülməsi barədə tapşırıq vermişdi. (Trend)

17.08.2018 14:00 / Baxılıb: 492 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo