İspaniya La Liqasının 78-ci mövsümü başlayacaq - Bu gün

Adəm Abbaslı/AZADİNFORM. Avqustun 17-də İspaniya La Liqasının sayca 78-ci mövsümü start götürəcək.

Azadinform xəbər verir ki, beş günü əhatə edəcək birinci turun ilk oyununda “Jirona” və “Valyadolid” komandaları üz-üzə gələcəklər. Birinci turun böyük maraqla gözlənilən görüşü avqustun 20-də “Valensiya” ilə “Atletiko Madrid” klubları arasında oynanılacaq.

Avqustun 18-də “Real Betis” - “Levante”, “Selta Viqo” - “Espanyol” və “Vilyarreal” – “Real Soyedad” qarşılaşmaları keçiriləcək. Sonuncu çempion “Barselona” avqustun 19-da doğma meydanda – “Kamp Nou”da “Deportivo”nu qəbul edəcək. Həmin gün əlavə iki oyun keçiriləcək. “Eybar” doğma meydanda “Hueska”nı, “Rayo Valekano” isə Sevilya” komandasını sınağa çəkəcək.

Avqustun 20-də “Real Madrid” - “Xetafe” və “Valensiya” - “Atletiko Madrid” görüşləri oynanılacaq. La Liqanın birinci turunun sonuncu görüşündə “Atletik Bilbao” və “Leqanes” komandaları üz-üzə gələcəklər.

İspaniya La Liqasının 2018-2019-cu il mövsümünə gələn il mayın 19-da yekun vurulacaq.

17.08.2018 13:48 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo