Köçəryan Paşinyanın acizliyindən yararlanmağa çalışır

Şəfa Tapdıq/AZADİNFORM. “Hazırda Ermənistan siyasətində əsil hərc-mərclik hökm sürür. Yaranan boşluqlar kənardan prosesi izləyənləri, həmçinin Robert Köçəryanın özünü şirnikləndirməsi təbiidir”.

Azadinform xəbər verir ki, bu fikirləri politoloq Tofiq Abbasov bildirib.

Politoloqun fikrincə, Ermənistanda hakimiyyətsizlik böhranı yaşanmaqdadır: “Çünki Paşinyanın formalaşdırdığı hökumət yararsız komandadır. Onların konsepsiyası, antiböhran proqramı, və s demək olar ki, yoxdur, sıfır dərəcəsindədir. Bunu görən digər siyasətçilər vəziyyəti özləri üçün ideal qiymətləndirirlər. Köçəryan da artıq siyasətə qayıtdığını elan edib. Məlumdur ki, o, “Qarabağ klanı”nı təmsil edir. Hakimiyyət dəyişikliyi yaşansa da, “Qarabağ klanı” hələ də, kifayət qədər rıçaqlara malikdir. Hakimiyyətin üst qatında dəyişmələrin baş verməsi bütün səviyyələrdə dəyişiklik olduğu demək deyil. Yəni köhnə kadrlar öz yerlərində oturublar. Onlar hesabat hazırlamaq, Paşinyan hökumətinin fəaliyyətini məhdudlaşdırmaqla məşğuldurlar”.

T. Abbasov onu da deyib ki, siyasətin bir qaydası da yox yerdən nəsə əldə etməkdir: “Köçəryan yəqin ki, hakimiyyətdən uzaqlaşdırılmış digər funksionerlərlə də təmas qurur. Onlar qüvvələrini Paşinyana qarşı səfərbər edəcəklər. Bütün bu gedişat bir şeydən xəbər verir – ölkədə hərc-mərclikdir. Bunun da kökündə duran məsələ odur ki, Paşinyan hakimiyyət əldə edib. Ancaq onunla necə davranmaq lazım olduğunu bilmir. Bu baxımdan, aciz və gücsüzdür. Köçəryan da təcrübəli oyunçu kimi vəziyyəti öz xeyrinə dəyişməyə çalışır”.

17.08.2018 13:27 / Baxılıb: 1125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo