ABŞ-ın sanksiyalarına qarşılıq verəcəyik

Samir Soltanov/AZADİNFORM. “ABŞ-ın siyasi proseslərlə iqtisadi əməkdaşlıq məsələlərini bir-birinə qatdığının şahidi oluruq”. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan bildirib. Nazir qeyd edib ki, bu təkcə ABŞ iqtisadiyyatını deyil, bütün dünya iqtisadiyyatına mənfi təsir göstərir: “Türkiyə olaraq ABŞ-ın sanksiyalarına Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğun olaraq qarşılıq verdik və verməyə də davam edəcəyik. Hər zaman olduğu kimi ABŞ-la dialoq və əməkdaşlığa açığıq”.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp yenidən Türkiyəni təhdid edib. O bildirib ki, Türkiyə ilə əlaqələrimizi azaldırıq.

17.08.2018 13:10 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo