Mobil operatorlar 495,2 milyon manat qazanıb

Samir Soltanov/AZADİNFORM. 2018-ci ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 023,6 milyon manatlıq xidmət göstərib. 

Azadinform xəbər verir ki, xidmətin 72,1 faizi əhali tərəfindən istehlak olunub. 

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,1 faiz artıb, bu sahədə əldə edilən gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. 

Xidmətlərdən əldə edilən gəlirin 48,4 faizi və ya 495,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

17.08.2018 12:44 / Baxılıb: 179 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo