Əhalinin gəlirləri artıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 30331,0 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 3094,8 manata çatıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 27905,4 milyon manatlıq və ya əvvəlki ildəkindən 9,9 faiz çox vəsait qalıb.

17.08.2018 12:24 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo