Azercell-in uşaqların rifahına yönəlik sosial layihələri davam edir

Adəm Abbaslı/AZADİNFORM. Müxtəlif sosial aksiyaların təşəbbüskarı və dəstəkçisi “Azercell Telekom” MMC-nin həyata keçirdiyi unikal layihələrindən olan “Mobil Göz Klinikası” və “Mobil Diş Klinikası” isti yay aylarında da fəaliyyətini davam etdirib.

Mütəmadi olaraq uşaq və ahıllar evlərinə səfər edən “Mobil Diş Klinikası”nın həkimləri iyul ayında Zabrat qəsəbəsində sosial sığınacaqda məskunlaşan 18 uşağın dişini müayinə və müalicə ediblər. Uşaqların, xüsusilə də uşaq evlərində olan, himayəsiz körpələrin sağlamlığının qorunmasına yönələn Azercell-in ən müasir tibbi avadanlıqla təchiz edilmiş “Mobil Diş Klinikası”, demək olar ki, ölkəmizin bütün bölgələrində təcili qayğıya ehtiyacı olan insanlara pulsuz tibbi yardımını davam etdirməyi planlaşdırır.

2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan “Mobil Göz Klinikası” da Azercell-in uğurlu layihələrindəndir. Layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqların göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilidir. Azercell-in respublika miqyaslı bu təşəbbüsü həmçinin ahılları və aztəminatlı ailələri də əhatə edir. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqların, mütəxəssislərin müayinəsindən keçir, gözlərin qorunması üçün zəruri məsləhətlər alırlar. İyul ayında Klinikanın həkimləri tərəfindən “Qızıl Aypara Cəmiyyəti”nin təşkilatçılığı ilə 42 kimsəsiz və aztəminatlı şəxs müayinə və müalicə edilib. “Duyğu" Sosial Reabilitasiya İctimai Birliyində isə 35 uşaq klinikanın pulsuz yardımından yararlanıb, ehtiyacı olanlar pulsuz eynəklərlə təmin olunub. 

Məlumat üçün bildirək ki, layihə çərçivəsində təkcə ötən ildən etibarən ümumilikdə “Mobil Göz Klinkası”nda 1500-dən artıq şəxs  müayinədən keçib. 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

17.08.2018 11:43 / Baxılıb: 294 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo