Altı marşrut xətti müsabiqəyə çıxarılıb

Samir Soltanov/AZADİNFORM. Altı müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. 

Bakı Nəqliyyat Agentliyindən Azadinform-a verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında 49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətləri üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. 

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir.

17.08.2018 11:25 / Baxılıb: 121 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo