İspaniyada 30 nəfər anomal istilərdən ölüb

İspaniyada müşahidə edilən anomal istilər səbəbindən iyul ayından bəri 30 nəfər ölüb.

Bu barədə Azadinform "RİA Novosti"yə istinadən xəbər verir.

Təkcə Kataloniyada iyulun 24-dən bəri 13 kişi və 10 qadın isti havaların qurbanı olub. Onlardan ən cavanının 41, ən yaşlısının isə 100 yaşı olub. 67 nəfər günvurmadan əziyyət çəkib.

Bununla yanaşı, yerli KİV İspaniyanın digər bölgələrində ölənlər barədə məlumatlar yayıb. Belə ki, Estremadurada 4, Mursiyada 2, Əndəlusiyada isə 1 nəfər ölüb.

İspaniyada ən güclü istilər 2-7 avqust aralığında qeydə alınıb. Bu ayın əvvəlində ölkənin bəzi bölgələrində istilik 44-46 dərəcəyə çatıb.

16.08.2018 20:49 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo