Türkiyəli nazir xarici investorlar üçün telekonfrans təşkil edib

Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak xarici investorlar üçün telekonfrans təşkil edib. 

Azadinform-un məlumatına görə, telekonfransda, təxminən, 6 000 potensial sərmayəçi iştirak edib.

Nazir bildirib ki, Türkiyənin bank sistemi güclüdür və dövlət ona dəstək verməkdə davam edəcək: "Biz hazırkı vəziyyətdən daha güclü çıxacağıq". 

O həmçinin əlavə edib ki, Türkiyə əmək bazarına canlanma gətirməyə çalışır. Nazir eyni zamanda sərmayəçilərə zəmanət verib ki, onların ölkə iqtisadiyyatına qoyduqları pula nəzarət edilməyəcək. 

Ekspertlər hesab edirlər ki, telekonfrans Türkiyənin fond birjasında indekslərin artmasına gətirib çıxaracaq.

16.08.2018 19:06 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo