Xəzərin MDB ölkələrinə ixracına başlanacaq

Azərbaycan və İran "Xəzər" birgə avtomobil zavodunda istehsal olunan avtomobillərin tezliklə Rusiya, Ukrayna və MDB ölkələrinə ixracına başlayacaqlar. 

Azadinform trend-ə istinadən xəbər verir ki, bunu IKCO (Iran Khodro Co.) şirkətinin Asiya, Avropa, Amerika və MDB üzrə direktoru Sabina Nobari deyib. 

Hazırda bu zavodda istehsal olunan avtomobillər yalnız Azərbaycanda satılır. 

S.Nobari bildirib ki, "Iran Khodro" və Azərbaycanın "AzEuroCar LLC" avtomobil şirkəti 2018-ci ilin martından Azərbaycanda 300-dən çox "Dena" ailə sedanı istehsal ediblər. 

Qeyd edək ki, "Xəzər" avtomobil zavodu Neftçala Sənaye Məhəlləsində yerləşir. Bundan əvvəl zavodda "Dena", "Runna", "Soren" və "Samand" modellərinin də istehsal olunacağı deyilirdi.

16.08.2018 18:47 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo