Qaradağda yol tikintisinə 11,6 milyon manat ayrılıb

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Qaradağ rayonunun Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda qeyd edilir ki, altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

16.08.2018 18:16 / Baxılıb: 187 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo