Azəriqaz gücləndirilmiş iş rejimində işləyəcək

Samir Soltanov/AZADİNFORM. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Qurban bayramı ilə əlaqədar 22-23 avqust tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. 

“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda, birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində, Regional Qaz İstismar İdarələrində və xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. 

“Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Qurban bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir.

16.08.2018 15:10 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo