ƏƏSMN tərəfindən 3507 vətəndaş qəbul edilib - Son 3 ayda

Adəm Abbaslı/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən vətəndaşların fərdi qaydada qəbul olunaraq əmək və məşğulluq, pensiya-müavinət, sosial yardım, əlillik və digər aidiyyəti məsələlərlə əlaqədar müraciətlərinin operativ cavablandırılması təmin olunur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a bildirilib ki, cari ilin may, iyun və iyul aylarında əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən 390 vətəndaş fərdi qaydada qəbul edilib. Onlardan 170-nin nazirlikdə, 220 nəfərin isə Mingəçevir, Şirvan və Lənkəran şəhərlərində müraciətləri dinlənilib.

Eləcə də son üç ayda nazir müavinləri və aparat rəhbəri tərəfindən 375 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbər vəzifəli şəxsləri tərəfindən 2742 vətəndaşın qəbulu həyata keçirilib.

Vətəndaşların müraciətlərində əksini tapan məsələlərlə bağlı aidiyyəti üzrə tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə bağlı aydın və dolğun izahatlar verilib.

Ümumilikdə isə son üç ayda nazirliyin rəhbərliyi və struktur bölmələrinin məsul şəxsləri tərəfindən 3507 vətəndaş qəbul edilib.

Eyni zamanda, hər ay nazir tərəfindən ölkəmizin müəyyən olunmuş bir rayonunda əvvəlcədən qəbula yazılmış vətəndaşların fərdi qaydada müraciətləri dinlənilir. Bu qəbullar zamanı ətraf rayonların sakinləri də əhatə olunur. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin ölkənin şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən növbəti belə qəbul avqustun 17-də İsmayıllı rayonunda keçiriləcək. İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarından qəbula yazılmış 64 vətəndaş fərdi qaydada qəbul ediləcək.

15.08.2018 17:26 / Baxılıb: 271 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo