Astarada 11 km-lik yolun inşası yekunlaşır - VİDEO - FOTO

Adəm Abbaslı/AZADİNFORM. Astara rayonunda 11 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması artıq yekunlaşmaq üzrədir. Bu yerli əhəmiyyətli Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yoludur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azadinform-a verilən məlumata görə, 4 yaşayış məntəqəsinin 9.3 min əhalisinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 226-cı km-nə çıxışına imkan yaradan yerli əhəmiyyətli Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yolu hazırda IV texniki dərəcəyə uyğun inşa edilir.

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirkləri quraşdırılacaq, həmçnin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Qeyd edək ki, Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yolunun yenidən qurulması ilə gediş-gəliş rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bundan başqa, yolun keçdiyi ərazilər boyu yerli əhalinin sosial rifah halına müsbət təsir göstərən sitrus meyvələrinin yetişdirilməsinin artması ilə kənd təsərrüfatının, həmçinin turizmin inkişafı və yeni turizm marşrutlarının yaranması da hədəflənir.

 

15.08.2018 11:30 / Baxılıb: 297 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo