"Magistr" jurnalının 7-ci nömrəsi çapdan çıxıb

Adəm Abbaslı/AZADİNFORM. Dövlət İmtahan Mərkəzi (DİM) "Magistr" jurnalının 7-ci nömrəsini nəşr edib.

DİM-dən Azadinform-a verilən məlumata görə, jJurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunmuşdur. Jurnalda həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış keçid balları təqdim olunur. 

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; 

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.

15.08.2018 10:29 / Baxılıb: 282 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo