Aktrisa gizli ərə getdi

Fransada aktrisa Robin Raytın toyu olub. 

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa "Saint Laurent" moda evinin 32 yaşlı piar-meneceri Klement Jiro ilə ailə qurub. 

Rayt və Jiro 2017-ci ildə Kann kinofestivalında tanış olmuşdu. Cütlük ilk dəfə Parisdə moda həftəsində birlikdə görüntülənib. 2018-ci ilin yazında sevgililər nişanlanıb. 

Toy La-Roş-syur-Byu bölgəsində ailə üzvlərinin əhatəsində baş tutub. Toydan cəmi iki foto sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, 52 yaşlı Robin ərindən 20 yaş böyükdür.

14.08.2018 23:36 / Baxılıb: 183 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo