Süni intellekt göz xəstəliklərini diaqnozlaşdıracaq

Böyük Britaniyanın süni intellekt tədqiqatları ilə məşğul olan “Google DeepMind” şirkəti torlu qişanın şəklinə görə 50 müxtəlif göz xəstəliyini aşkarlayan neyroşəbəkə yaradıb. 

Azadinform xəbər verir ki, süni intellekt xəstəlikləri optik koherent tomoqrafiya müayinəsi şəkillərinə görə aşkarlayır. Sistem Böyük Britaniya “Moorfields Eye Hospital” (Göz Xəstəlikləri ilə Mübarizə Mərkəzi) üçün hazırlanıb. Burada həkimlər tərəfindən hər gün mindən çox optik koherent tomoqrafiya müayinəsi şəkli çəkilir. Bir şəklin emalı üçün təxminən 1 həftə tələb olunur və bəzən belə yubanmalar xəstəliyin kəskinləşməsinə və görmə orqanlarında bərpaolunmaz dəyişikliklərə səbəb olur.  

“DeepMind” sistemi süni intellektinin əsasını iki neyroşəbəkə təşkil edir. Seqmentasiya şəbəkəsi adlandırılan birincisi optik koherent tomoqrafiya müayinəsi şəkillərini konturları dəqiq müəyyənləşdirilən üçölçülü hüceyrə xəritələrinə çevirir.

“Xəritə təkcə gözün “3D” modelini yaratmağa deyil, eyni zamanda xəstəliyi aşkarlamağa imkan verir və onun ocağının hansı görmə orqanı nahiyəsində yerləşməsini göstərir”, - “Google DeepMind” şirkətinin baş mühəndisi Alan Kartikeksaynam bildirib.

Neyroşəbəkə oftalmoloqlar tərəfindən əllə seqmentasiya edilmiş 877 optik koherent tomoqrafiya müayinəsi şəkli üzərində öyrədilib.  

İkinci neyroşəbəkə üçölçülü xəritəni təhlil edir və birincinin diaqnozunun dəqiqliyini yoxlayır, eləcə də xəstəyə yardımın nə vaxt göstərilməsini müəyyənləşdirir.

Alqoritm oftalmoloqlar və optometristlər tərəfindən yoxlanılan 14 min üçölçülü göz hüceyrə xəritəsi üzərində təlim görüb.

Hazırda “Moorfields Eye Hospital” Mərkəzində sınaqları keçirilən süni intellektin testlərinin uğurlu olacağı təqdirdə Böyük Britaniya Milli Səhiyyə Xidməti tərəfindən istifadəsi planlaşdırılır. 

14.08.2018 22:05 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo