Xələf Xələfov: "Konvensiya Azərbaycanın maraqlarına tam cavab verir"

"Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya ölkəmizin maraqlarına tam cavab verməklə, onun dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılığını və təhlükəsizliyini təmin edir". 

Azadinform-un məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov AZƏRTAC-a müsahibəsində bildirib. 

Onun sözlərinə görə, sənəd bu tip fəaliyyətlərin həyata keçirilməsini nəinki məhdudlaşdırmır, hətta onların daha da genişləndirilməsinə münbit zəmin yaradır: "Konvensiyada dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi təməl prinsiplərdən biri kimi müəyyən olunub".

"Sənəddə Xəzər dənizinin dibinin beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla sektorlara bölünməsi qaydası təsdiq olunur, sektorlarda aparılan təsərrüfat-iqtisadi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə orada yerləşən təsərrüfat obyektlərinin müvafiq təhlükəsizlik zonalarına malik olduğunu göstərir. Bundan başqa, Konvensiya hər bir dövlət üçün onların suveren və müstəsna hüquqlara malik olduğu ərazi suları və balıqçılıq zonalarını müəyyənləşdirir. Həmçinin Konvensiya Xəzər dənizində gəmiçilik və ticarətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən dəniz üzgüçülüyünün azadlığı və təhlükəsizliyinin təmin olunması prinsiplərini təsbit edir", - X.Xələfov qeyd edib.

14.08.2018 20:37 / Baxılıb: 140 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo