FIFA korrupsiya sözünü Etika Kodeksindən çıxardı

FIFA “korrupsiya” sözünü Etika Kodeksindən çıxarıb.

Azadinform xəbər verir ki, sənədin yenilənmiş versiyasında bu anlayış yer almayıb. Belə bir addım qurumun rəhbər şəxsləri arasında gizli məsləhətləşmələrdən sonra atılıb.

Bununla yanaşı, kodeksə yeni qanun pozuntusu növü – diffamasiya (şəxsin şərəf və ləyaqətinə, işgüzar nüfu­zuna xələl gətirən qeyri-dəqiq infor­ma­siyaların yayılması) daxil edilib. Bu bənd FIFA haqqında yalan məlumatlar yayan, böhtan atan şəxslərin diskvalifikasiya edilməsinə imkan verəcək.

Həmçinin rüşvət almağa, vəsaitlərin mənimsənilməsi və futbol matçlarının manipulyasiyasına görə cəza müddəti maksimum 10 il müəyyənləşdirilib. 

14.08.2018 19:43 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo