Duz ürəyə xeyirdir Hansı halda?

Samir Soltanov/AZADİNFORM. Adətən duzun insan orqanizminə həddən artıq mənfi təsir göstərdiyi söylənilir. O, əksər hallarda mayenin bədəndə qalmasına və arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır. Kanadalı ekspertlər isə xörək duzunun zərəri barədə hər gün eşitdiyimiz mülahizələri təkzib edirlər. Onların fikrincə, duzdan orta miqdarda istifadə edilərsə, bu, ürək-damar sistemi üçün faydalı olar. 

Azadinform xəbər verir ki, alimlərin fikrincə, duzun gündəlik miqdarı Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi 5 qramdan azacıq artıq olarsa, bundan sağlamlığa ziyan dəyməz. Rasionda duz çatışmazlığı isə, əksinə, infarkt təhlükəsi yaradır. 

Bu nəticələr 21 ölkədən 94 mindən çox insanın sidik nümunələri analizinin və digər göstəricilərin yekunları əsasında qeydə alınıb. Məlum olub ki, duzdan çox istifadə edilməsi ilə ürək xəstəlikləri arasında bağlılıq təkcə Çin üçün aktual olub. Ehtimal ki, buna səbəb soyadan hazırlanmış souslardan hər yeməkdə istifadə olunmasıdır (sutkada 12,5 qram duz). Bütövlükdə, ekspertlərin sözlərinə görə, gündə 1 çay qaşığı duzdan istifadə etmək təhlükə doğurmur.

14.08.2018 19:00 / Baxılıb: 150 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo