İtaliyada körpü uçqununda ölənlərin sayı 22-yə çatıb

Samir Soltanov/AZADİNFORM. İtaliyanın şərqində yerləşən Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb. 

Azadinform xəbər verir ki, bu barədə İtaliya infrastruktur və nəqliyyat nazirinin müavini Edoardo Riksi bildirib. 

Mülki Müdafiə Departamentinin məlumatına əsasən, insident nəticəsində azı 10 nəfər itkin düşüb. 

Fransa Prezidenti Emmanuel Makron, Avstriya kansleri Sebastyan Kurts, Almaniya kansleri Angela Merkel və Çexiyanın Baş naziri Andrey Babiş artıq faciə ilə bağlı başsağlığı veriblər. Emmanuel Makron hadisə ilə əlaqədar İtaliyaya istənilən köməkliyi göstərməyə hazır olduğunu deyib. 

Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında üzərindən A10 avtomagistralının keçdiyi körpü uçub. İtaliya KİV-lərinin məlumatına əsasən, faciə zamanı körpünü dağılan hissəsində 20-yə yaxın nəqliyyat vasitəsi olub. 

Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

14.08.2018 18:28 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo