Ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

Adəm Abbaslı/AZADİNFORM. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-da başlayıb və bu gün saat 23:59-dək davam edəcək.

DİM-dən Azadinform-a verilən məlumata görə, iİxtisas seçimi etmək sadə bir prosesdir və hər bir abituriyent bunu özü edə bilər. Bunun üçün hər hansı bir şəxsə müraciət etməyə ehtiyac yoxdur.

Qeyd edək ki, müsabiqəyə buraxılan abituriyentlərin sayı I qrup üzrə 16649, II qrup üzrə  11698 , III qrup üzrə 14143, IV qrup üzrə 4079, V qrup üzrə isə 3786 nəfərdir. 13 avqust saat 10:00-a olan məlumata əsasən, ixtisas seçimi edib ərizəsini təsdiq edənlərin sayı I qrup üzrə 14392, II qrup üzrə 10829, III qrup üzrə 12185, IV qrup üzrə 3548, V qrup üzrə isə 3538 nəfərdir. Ümumilikdə, 714 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiq etməyib. 

Abituriyentlərə qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməyi və ixtisas seçimi edib ərizələrini təsdiq etməyi tövsiyə edirik.  Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər. 

13.08.2018 10:00 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo