Məktəblilər arasında ətraf mühitin qorunması təbliğ olunur - Foto

AZADİNFORM. “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Məktəblilər arasında ətraf mühitin və sağlamlığın qorunması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində “Ətraf mühit bizim evimizdir” mövzusunda Xətai rayonu, Kaspi liseyində məktəbliləri arasında silsilə görüşlər keçirib. 

İB-dən Azadinform-a verilən məlumata görə, tədbiri açıq elan edən direktor müavini Qoşqar Hümbətov ətraf mühitin qorunması istiqamətində bütün təşəbbüsləri dəstəklədiklərini bildirib. O, qeyd edib ki, mütəmadi olaraq məktəblərində də bu mövzuda dərs saatları təşkil olunur. 

Layihənin eksperti Seymur Verdizadə bildirib ki, şagirdlərin hazırladığı və özlərinin ifadə etdikləri ətraf mühitlə bağlı çağırışlar kifayət qədər düşündürücüdür: “Layihənin məqsədi ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün vətəndaşlarla birgə real addımlar atmaqdan ibarətdir. Məktəblilərdə ekoloji mədəniyyətin formalaşdırılmasında əsas məqsəd gənc nəsildə ekoloji düşüncə tərzi tərbiyə etmək, ekoloji mədəniyyətin ən yüksək mədəniyyət olduğunu onlara çatdırmaq, təbiəti qorumağın, öyrənməyin, zənginləşdirməyin vacib məsələ olduğunu başa salmaqdır. Layihə çərçivəsində çap olunan 1000 ədəd Buklet bu sinifdə və məktəbin digər siniflərdə şagirdlər arasında paylanacaq. Bukletdə ekoloji mədəniyyət ümumi mədəniyyətin tərkib hissəsi olduğu təbliğ edilir, ətraf mühitə istismarçı mövqedən yanaşmağın zəruriliyi aşılanır.  Ümid edirik ki, sizlər də bu kimi tədbirlərdən faydalanaraq ətraf mühitin qorunmasına öz töhfənizi verəsiniz”. 

S.Verdizadə əlavə edib ki, bu kimi maarifləndirici tədbirlərlə yanaşı icraçı QHT Araz FM-də 4 dəfə, 80 dəqiqəlik veriliş hazırlayacaq: “Ekspertlər və şagirdlər öz həmyaşıdlarına ətraf mühitin qorunması ilə bağlı çağırışlar edəcəklər. Eyni zamanda efirə dəvət edəcəyimiz ekspertlər ətraf mühitin radioaktiv çirklənməsinin insan orqanizminə təsirindən, urbanizasiya və onun yaratdığı problemlərdən birgə çıxış yolu barədə ictimaiyyətə məlumat verəcəklər. Bundan başqa layihənin hər icra ayının sonunda ətraf mühit üzrə ixtisaslaşmış jurnalistlərin və mütəxəssislərin araşdırma yazıları hazırlanaraq internet mediada yayılır. Artıq bu günə kimi 4 yazı çap olunub”.

8.06.2018 19:41 / Baxılıb: 454 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo