Tacikistan Prezidenti Azərbaycana rəsmi səfəri başa çatıb

Eşqin Nuruşov/AZADİNFORM. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri bu gün başa çatıb.

Azadinform xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola saldılar.

11.08.2018 12:16 / Baxılıb: 82 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo