Topaz Premyer Liqasına start veriləcək - Bu gün

Avqustun 11-də Topaz Premyer Liqasının 2018-2019-cu il mövsümünün birinci turuna start veriləcək.

Azadinform xəbər verir ki, iki gün ərzində keçiriləcək birinci turun açılış matçında “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq. “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı Rauf Cabbarov idarə edəcək. Ona Nahid Əliyev və İsgəndər Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ramil Diniyev yerinə yetirəcək.

Avqustun 12-də “Qəbələ” ilə “Səbail”, “Keşlə” və “Sabah” komandaları qarşılaşacaqlar.

“Qarabağ”-“Zirə” qarşılaşması ağdamlıların avrokuboklarda iştirakı ilə əlaqədar sentyabrın 29-da oynanılacaq.

11.08.2018 11:50 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo