Meydantəpə qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik Naxçıvan arxeoloji ekspedisiyası Naxçıvançay vadisindəki Meydantəpə qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlayıb. 

İnstitutdan Azadinform-a verilən məlumata görə, dörd hektar sahəni əhatə edən Meydantəpə şəhərtipli antik yaşayış yeri Nəzərabad kəndinin yaxınlığında, Naxçıvan-Şahbuz magistral yolunun kənarında yerləşir.

Tədqiqatlar zamanı aşkar olunmuş materiallar eradan əvvəl IV - bizim eranın III əsrlərini əhatə edir. Arxeoloqların ərazidə apardığı qazıntılar zamanı dördkünc formalı binalar və xeyli maddi-mədəniyyət nümunələri, dən daşları, iri təsərrüfat küpünün qalıqları aşkar olunub. Tədqiqatçılar həmin materiallara əsaslanaraq Meydantəpədə yaşayışın eradan əvvəl I minilliyin ortalarına qədər davam etdiyini bildirirlər.

Arxeoloji tədqiqatlar zamanı tapılan maddi-mədəniyyət nümunələri Naxçıvanın şəhər mədəniyyətini, sənətkarlıq və ticarət əlaqələrini özündə əks etdirir.

11.08.2018 10:26 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo