Əfqanıstan hava məkanını nəzarətə götürdü

Əfqanıstan 26 il sonra ölkənin hava məkanını nəzarətə götürə bilib.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, 2001-ci ildə “Taliban” rejiminin devrilməsiylə ölkənin hava məkanı xaricilərin nəzarətinə keçmiş, 2014-cü ildə yenidən əfqan hökumətinə qaytarıldıqdan sonra isə özəl şirkətlərdən birinə verilmişdi. Əfqanıstan prezidentinin sözçüsü Şah Hüseyn Murtəvəzi yenidən hava məkanını nəzarətə aldıqlarını bildirib: “Kabil Beynəlxalq Hava Limanında yeni radar sisteminin qurulmasıyla hava məkanının nəzarəti tamamilə əfqan hökumətinin əlindədir”.

Mülki aviasiya idarəsi naziri Mahmud Şah Həbibi yeni sistemin 30 milyon dollara başa gəldiyini, radarın nəzarəti üçün isə ildə 10 milyon dollar xərc çəkəcəklərini açıqlayıb. Sovet İttifaqı tərəfindən Kabil aeroportunda qurulmuş köhnə radar sistemi 1990-cı illərdə daxili müharibələr zamanı sıradan çıxmışdı. 

10.08.2018 23:08 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo