"Çelsi" fransalı futbolçusunu icarəyə verib

İngiltərənin "Everton" klubu "Çelsi" komandasının futbolçusu Kurt Zumanı heyətinə qatıb. 

Azadinform klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi bir il icarə əsasında "Everton"da oynayacaq.

Qeyd edək ki, Kurt Zuma 2014-cü ildən "Çelsi"də çıxış edir. Ötən mövsümü icarə əsasında "Stok Siti"də keçirən oyunçu 37 oyuna 1 qol vurub. 

10.08.2018 21:23 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo